Dovşanlar vahimə yaratdı - Video
Bizi izləyin

Dünya

Dovşanlar vahimə yaratdı - Video

Dovşanlar vahimə yaratdı

Yaponiyanın Okunosima adasında turist qadın dovşanların hücumuna məruz qalıb. Buna səbəb isə, onun dovşanlardan birini yemləməsi olub. Elə bu zaman adada olan dovşanlar hərəsi öz payını almaq məqsədilə qadına hücum edib.

Okunosima adasında 1929 - 1945-ci illərdə 6 min ton tutumu olan zəhərli qaz deposu olub. Yapon ordusu bu adada məxfi təcrübələrdən istifadə edirmiş.

II Dünya müharibəsindən sonra isə, sakinlər adanı tərk edib. Son dönəmlərdə isə, Yaponiya hökuməti adadakı qazın canlı həyata təsirini sınaqdan keçirmək üçün buraya bir neçə cüt dovşan buraxıb.

İndisə onların adadakı sayı minlərlədir. Məhz buna görə də Okunosima adasına “Dovşan adası” da deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm