Rusiya Ukrayna sərhədində təlimlərə başladı - VİDEO\ FOTO
Bizi izləyin

Dünya

Rusiya Ukrayna sərhədində təlimlərə başladı - VİDEO\ FOTO

Ukrayna ilə sərhəddə yerləşən Rusiyanın Rostov şəhərində rus hərbçiləri taktiki manevrlərə başladığını əks etdirən video və fotolar yayılıb.

Axar.az xəbər verir ki, bloger İrakli Komaxidze Rostovda 5-ci və 4-cü tank, 28-ci və 74-vü motoatıcı diviziyanın təlimlərə qatıldığını xatırladıb. Təlimlərə həmçinin döyüş helikopterləri - Mi-28 və Mi-24 cəlb edilib.

Qeyd edək ki, Rusiyanın Şimal donanmasında və Qərb Hərbi Dairəsində dünəndən başlayan hərbi təlimlərdə 38 min hərbçi, 360 hərbi texnika, 41 hərbi gəmi, 15 sualtı qayıq, 110 təyyarə və vertolyot iştirak etdiyi barədə rəsmi açıqlama verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm