Mark Zukerberq Atatürkü nümunə göstərdi
Bizi izləyin

Dünya

Mark Zukerberq Atatürkü nümunə göstərdi

Bir milyarddan çox istifadəçisi olan Feysbuk sosial şəbəkəsinin qurucusu Mark Zukerberq paylaşımlara qoyulan qadağalar mövzusunda tətbiq etdikləri siyasətlə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Zukerberq yeni qadağa ilə bağlı açıqlamada Türkiyə və Almaniyanı nümunə göstərib. Hər ölkədə ifadə azadlığının sərhədlərinin fərqli olduğunu və Feysbukun da bu sərhədləri nəzərə alacağını söyləyən Zukerberq belə deyib:

“Almaniyada yəhudi soyqırımını inkar etmək qadağandır. Türkiyədə də Atatürkü təhqir etmək qanuna zidd hesab olunur. Bəzi müsəlman ölkələrində də dinə söymək cinayət kimi qəbul olunur”.

Fəaliyyət göstərdikləri ölkələrin qanunlarına və mədəniyyətinə hörmət etmək məcburiyyətində olduqlarını vurğulayan Zukerberq Feysbuka qadağa ilə bağlı müraciətlərin sayını da açıqlayıb. Belə ki, Türkiyə 3 min 624 müraciətlə Hindistandan sonra ikinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm