Bin Ladenin yerini xəbər verən həkimin vəkili öldürüldü
Bizi izləyin

Dünya

Bin Ladenin yerini xəbər verən həkimin vəkili öldürüldü

Üsamə bin Ladenin yerini tapmaqda ABŞ-a köməklik göstərmiş həkimin keçmiş vəkili Pakistanın Peşavər şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Publika.az xəbər verir ki, naməlum silahlılar Samiullah Afridi evinə qayıdarkən onun maşınını atəşə tutublar. Məsuliyyəti Talibana bağlı iki qrup öz üzərinə götürüb.

Qeyd edək ki, vəkillə soyadları eyni olan doktor Afridi onun barəsində çıxarılmış 33 illik həbs cəzası hökmünə qarşı appelyasiya ərizəsi verib. Doktor doğma şəhəri olan Xeybərdə Ləşkəre-İslami silahlı qruplaşması ilə əməkdaşlıqda ittiham olunur. Onun ailə üzvləri bu itthamı qondarma hesab edirlər və bildirirlər ki, həkim Mərkəzi Kəşfiyyat İdarəsinə Bin Ladeni tapmaqda kömək etdiyinə görə cəzalandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm