ABŞ-ın Ukrayna ordusu ilə bağlı hərbi planı təxirə salındı
Bizi izləyin

Dünya

ABŞ-ın Ukrayna ordusu ilə bağlı hərbi planı təxirə salındı

ABŞ hərbçilərinin Ukrayna ordusunda həyata keçirəcəyi hərbi hazırlıq üzrə proqramın başlanması təxirə salınıb.

Publika.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropada Quru qoşunları komandanı general-leytenant Frederik Ben Xoces bildirib.

Daha əvvəl isə proqramın gələn həftədən icrası planlaşdırılırdı. Amerikalı generalın sözlərinə görə, təlim proqramının təxirə salınması Minsk razılıqlarının icrasına daha çox vaxt vermək məqsədi daşıyır.

Rusiya RİA xəbər agentliyinin martın 5-də verdiyi məlumata görə, ABŞ ordusunun 173-cü hava-desant briqadasının 300 hərbi qulluqçusu Lvov vilayətinə göndərilib. Onlar Ukrayna əsgərlərinə hərbi təlim keçməli idilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm