İŞİD öz tələsinə düşdü
Bizi izləyin

Dünya

İŞİD öz tələsinə düşdü

Mosulda intihar hücumu üçün bir avtomobilə bomba yükləyən 7 İŞİD üzvü baş verən partlayışda ölüb.

Publika.az xəbər verir ki, “Rudaw.net” saytına danışan Kürdüstan Demokrat Partiyasının (KDP) Mosul üzrə nümayəndəsi Səid Memuzini hadisənin Bazvaya kəndində baş verdiyini söyləyib.

O, İŞİD terror təşkilatının hücum və müdafiə gücünün azaldığını və buna görə də intihar hücumlarına üstünlük verdiyini deyib. Səid Memuzini İraq ordusu və Peşmərgə güclərinin Mosul əməliyyatına hazırlaşdığını bildirib.

Nineva vilayətinin inzibati paytaxtı olan Mosul 2014-cü ilin iyun ayından İŞİD-in əlindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm