Putin də cəlb edildi - “Avatar” mübahisəsi böyüyür
Bizi izləyin

Dünya

Putin də cəlb edildi - “Avatar” mübahisəsi böyüyür

Çeçen yazıçı Ruslan Zakriyev “Avatar” filmi ilə bağlı yaranan mübahisədə qalib gəlmək üçün Rusiya prezidenti Vladimir Putindən kömək istəyib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, yazıçı bunun üçün Putinə açıq məktub yazıb.

Yazıçı məktubda qeyd edib ki, Çeçenistan Yazıçılar İttifaqı filmi ekspertizadan keçirib. Ekspertiza müəyyən edib ki, “Avatar” filminin ssenarisinin müəllifi məhz Ruslan Zakriyevdir.

Qeyd edək ki, Çeçenistan yazıçısı “Avatar” filminin (2009) rejissoru Ceyms Kemeronu məhkəməyə vermək niyyətindədir. Yazıçı rejissoru plagiatlıqda ittiham edir. Ruslan Zakriyevin sözlərinə görə, film onun 1996-cı ildə yazdığı və 2002-ci ildə internetdə yaydığı “Gizli silah” romanı əsasında çəkilib: “Kemeron qazandığı 3 milyard dollardan bir milyard dolları bizə verməlidir”.

Ceyms Kemeron isə yazıçının məktublarına cavab olaraq yazıb ki, film üzərində 1994-cü ildən işləməyə başlayıb: “Lakin texniki imkan olmadığından işi 10 il təxirə salmışam. Yazıçı məni plagiatlıqda ittiham edənlərin növbəsinə dayanmalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm