Belçikada “Polis zorakılığına son” nümayişi - FOTOLAR
Bizi izləyin

Dünya

Belçikada “Polis zorakılığına son” nümayişi - FOTOLAR

Belçikanın paytaxtı Brüsseldə yerləşən “Simonis” metrosu qarşısında minlərlə insanın iştirakı ilə “Polis zorakılığına son” şüarı altında kütləvi etiraz aksiyaları keçirilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, mitinqdə Belçika hökumətindən gəlmə əhaliyə qarşı ölkədə polis zorakılığına son qoyması tələb olunub.

Aksiya iştirakçıları Belçika polisi tərəfindən zorakılığa məruz qalmış şəxslərin fotolarından hazırlanmış plakatlar qaldırıblar. Bundan əlavə, aksiya iştirakçıları hökumətdən polis zorakılığına qarşı nəzarət tədbirlərinin görülməsini tələb ediblər.

Aksiya iştirakçıları “Ədalət yoxsa, barışıq da yoxdur”, “Polis zorakılığına son”, “İrqçi polisə son", “Ədalət istəyirik” və sairə şüarlar səsləndirib.

Aksiyada çıxış edən Mübariz Gənclər Təşkilatının üzvü Tomas Enqlert Belçikada polis zorakılığının cəzasız və məhkəməyə edilən şikayətlərin 80 faizinin nəticəsiz qaldığını bəyan edib.

Çıxışlardan sonra etirazçılar “Annessens” meydanına yürüş ediblər. Aksiya zamanı polislə və nümayişçilər arasında insident yaşanıb. Belçika polisi dinc aksiyaçıların qarşısını zorla yatırmağa çalışıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm