Fətullah Gülən ittihamlara cavab verdi
Bizi izləyin

Dünya

Fətullah Gülən ittihamlara cavab verdi

Türkiyədəki Xidmət hərəkatının lideri , hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən son zamanlar adının bir çox gizli işlərdə hallanmasına, telefon danışıqlarının yayılmasına münasibət bildirib.


Türkiyədəki Xidmət hərəkatının lideri , hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən son zamanlar adının bir çox gizli işlərdə hallanmasına, telefon danışıqlarının yayılmasına münasibət bildirib.

Publika.Az xəbər verir ki, fgulen.com saytında yayımlanana açıqlamasında F. Gülən “Xidmət” hərəkatının məqsədinə toxunaraq bildirib ki, hərəkatın heç vaxt fərdi, şəxsi bir məqsədi və təmənnası ola bilməz: “Quran və Sünnəyə sadiq qalmaq və məşru olmaq bizim “olmazsa, olmaz”ımızdır. Nəinki Quran və Sünnə ilə, hüquq və insanlıqla belə bir araya sığmayan sözlərin sərf edilməsi əsla sizi təhrik etməsin. Əgər gələcəkdə onlar bundan ötrü xəcalət çəkəsi olsalar belə, siz qapılarınızı elə örtün ki, sabah aça biləsiniz, elə sözlər sərf edin
ki, sabah onların üzünə baxa biləsiniz. Əgər bir gün – baxmayaraq ki, bu qədər nalayiq sözlər sərf etdilər – qapınızı döysələr, qapınız açıq olmalıdır. Bunu unutmayın!”.

F. Gülən “Sizə “it” də desələr, siz onu pisə yozmayacaqsınız” deyə maraqlı ifadə işlədib. O, tövsiyə edib ki, “Allah razı olsun qardaşlarımızdan, bizi Allah-Taalanın yaratdığı bir canlı yerinə qoyublar”,- deyin.
“İtin belə bir qiyməti olduğunu düşünüb bu sözdən pis məna çıxramayacaqsınız. Unutamayın, gərginliklər müvəqqətidir. Elə sözlər sərf edin ki, keçmişə baxanda üzünüz qızarmasın, utanıb xəcalət çəkməyin. Biz səbrə və sükuta üstünlük veririk. Unutmayın ki, demaqoqluq etməklə, hər sözə cavab qaytarmaqla, təhqirə təhqirlə cavab verməklə Allah-Taalanın rizasını qazanmaq olmaz. Mən yalnız doğru danışmağınızı tövsiyə edirəm. Unutmayın, məşru (qanuni) dairə dardır. Bəzən bu dairədən kənara çıxa bilməməyiniz sizi sıxacaqdır. Daha çox
şey demək istəyəcəksiniz. Ancaq, yaddan çıxarmayın, səbrin gücü və məşru dairədən kənara çıxmamağınız gələcəyin və “müsbət hərəkət”in əsasıdır. “Olmazsa, olmaz”ıdır”-deyə camaat lideri diqqətə çatdırıb.

F. Gülən heç kimə nifrət və kinlərinin olmadığını bildirib və “qardaşlarımızı əfv edəcəyik” deyib: ““Kimsəyə nifrət və kinimiz yoxdur, olmaz da. Biz əhli-dəyanət(mömin,dindar) olmayanları belə əfv etmiş insanlarıq. Əlbəttə, qardaşlarımızı da əfv edəcəyik. Ancaq mən bircə şeydən qorxuram, Allahın haqqını tapdalayıblarsa, xalqın hüququna təcavüz ediblərsə, bunu bağışlamağa bizim səlahiyyətimiz yoxdur. Bu, Allaha aiddir. Mən sizdən işinizə qayıtmanızı, nə cür təhqir edirlər-etsinlər qulaqlarınızı tıxayaraq Allahın rizasından gözünüzü ayırmamağınızı gözləyirəm. Dərdiniz bu xalq olsun. Unutmayın insan oğlu qəmsiz mümkün deyil. Qəmsiz olana da insan demək mümkün deyil. Həqiqət dərdiniz olsun, dərdli olun. Həyatınızı işinizə həsr edin, bir möminin qəlbini qırmağı ağlınızdan belə keçirməyin. Ancaq, ittihamlara hüquq çərçivəsində, əlbəttə, cavab
verəcəksiniz. Xalqa aydınlıq gətirmək, bu kimi böhtanların cəmiyyətə mənfi təsirlərini aradan qaldırmaqdan ötrü, əlbəttə fikrinizi söyləyəcəksiniz. Ancaq bu əsla təcavüz, yalan və böhtan şəklində olmamalıdır. Hüquqdan kənara çıxmamalıdır. Başlanğıcda xalq həqiqəti təsbit etməkdə çətinlik çəkir, gah ora, gah bura kütləvi şəkildə sovrulanlar olur. Ancaq unutmayın, xalqın vicdanı bir gün haqq və həqiqəti görəcək. Haqq və həqiqətin harada olduğu ortaya çıxacaq. Görəcəksiniz, xalq sizin tərəfinizdə olacaq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm