Qərbin tarixindəki utanc: insan “zoopark”ları - FOTOLAR
Bizi izləyin

Dünya

Qərbin tarixindəki utanc: insan “zoopark”ları - FOTOLAR

Bu gün özlərini demokratiya, insan haqlarının beşiyi sayan Qərb ölkələrinin tarixi barədə məlumatlısınızmı? 55 il əvvələ kimi Belçika, Hollandiya, İspaniya, Fransa, Macarıstan, Almaniya, İsveç, İtaliya və ABŞ-da ətrafı tikanlı məftillərlə əhatələnən insan “zooparkları”nın olduğunu bilirdinizmi?

Publika.az xəbər verir ki, 55 il bundan əvvələ qədər yuxarıda adı çəkilən ölkələrin bir çox şəhərində 1870-ci illərdən 1960-cı illərə qədər Afrikadan gətirilən insanlar ətrafı tikanlı məftillərlə əhatələnən “zoopark”larda nümayiş olunurdu.

İnsan “zooparkları” və sərgilərdə nümayiş olunması üçün minlərlə qadın, kişi və uşaq Afrikadan gəmilərlə daşınırdı. “Qara qitə”dən gətirilən insanlar nadir heyvanlar kimi seçilir və qəfəsə salınırdı.

Sərgi və “zoopark”ların ətrafında qurulan lövhələrdə “Xahiş edirik, yemək verməyin, daha əvvəl yeyiblər” yazılırdı. Qəfəsə salınanların bəziləri intihar edir, bəziləri isə elə orada ölürdülər. Ölənlər də nümayiş olunurdu. Həmin dövrdə yaşayan alimlər isə yazırdı: “Həftələrdir ki, bunların üzərində işləyirik. Bunların ağlı həddindən artıq azdır. Həddindən artıq təcavüzkar insanlardır və heç bir hissləri yoxdur. İnsana ən yaxın vəhşi nümunə də hesab oluna bilərlər”.

1931-ci ildə Parisdə Eyfel qülləsinin altında açılan “insan zooparkı”nı 34 milyon insan ziyarət edib. Həmin vaxt Avropada iqtisadi böhran, SSRİ-də qıtlıq var idi. Avropada irqçilik yüksəliş dövrünü yaşayırdı. “Zoopark”ın təqdimatında isə “Fransanın mədəniyyət missiyasını həyata keçirərkən nələrlə məşğul olduğunu kəşf edin” yazılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm