Əsədin növbəti qələbəsi: Almaniya da geri çəkilir
Bizi izləyin

Dünya

Əsədin növbəti qələbəsi: Almaniya da geri çəkilir

“Lazım gələrsə, Əsədlə danışıqlara gedə bilərəm”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer çıxış edib. O bu günə qədər Suriyaya qarşı tətbiq edilən siyasətin heç bir nəticə vermədiyini və Əsədlə məsələni diplomatik yolla həll etməyin lazım olduğunu bildirib:

“Əsədlə diplomatik danışıqlara açıq olmaq lazımdır. Qarşıdurmalara son vermənin yolu diplomatik danışıqlardan keçir. Suriyada yeni bir siyasi hərəkata başlamaq üçün Əsəd üzərində diplomatik təzyiqi artırmaq və ciddi müzakirələr aparmaq lazımdır”.

Qeyd edək ki, bir neçə gün öncə də ABŞ Dövlət katibi Con Kerri gec-tez Əsədlə görüşmək məcburiyyətində qalacaqlarını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm