Putin etiraf etdi
Bizi izləyin

Dünya

Putin etiraf etdi

Rusiya prezidenti Vladimir Putin Kiyev böhranı ilə bağlı Moskva üzərinə qoyulmuş Qərb sanksiyalarının ölkəyə ziyan vurduğunu etiraf edib.

Publika.az İnterfax agentliyinə istinadən xəbər verir ki, Putin, fərdlərə və əsas iqtisadiyyat sektorlarına qoyulmuş sanksiyaların öldürücü olmadığını, lakin ümumi işə mane olduğunu deyib.

Krımın Rusiyaya birləşdirilməsinin bir illik yubileyinə görə Kremlin qarşısına toplaşmış 100 minədək insana müraciət edən Putin iddia edib ki, ukraynalılar və ruslar eyni xalqdırlar.

Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqı liderləri tərəfindən bu həftə müzakirə ediləcək. Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, sanksiyaların, Ukrayna hökuməti şərq sərhədlərində nəzarəti əlinə alanadək saxlanması təklif edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm