• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baltiklərdən tutmuş Saxalinədək Rusiyaya "hücum edildi"

  • Dünya
  • 19 Mart 2015 07:33
  • 555 Baxış
Baltiklərdən tutmuş Saxalinədək Rusiyaya "hücum edildi"

Baltik Dəniz Donanmasının 20-dən artıq gəmisi qayıq əleyhinə, havadan müdafiə və artilleriya qüvvələrinin təlimlərini keçirmək məqsədilə qəfil hərbi manevrlərə başlayıb.

Publika.az xəbər verir ki, təlimlər Rusiyanın Sakit okean sahillərində və ölkənin cənubunda keçirilir. Təcili həyəcan siqnalı ilə göyə qaldırılan aviasiya Quru Qüvvələrilə birlikdə dəniz desantından müdafiə tədbirlərini öyrənəcək.

Rəsmi məlumata görə, Krımın şərqindəki Kerç boğazından 60 km aralıqda yerləşən Krasnodar vilayətində dəniz piyadalarının hissələri tam hazırlıq halına gətirilib. Bölgədə müdafiə qurğuları yerləşdirilib.

Müdafiə nazirliyi “şərti diversiya qrupları ilə aviasiyaya qarşı” hərbi vəzifələrinin yerinə yetirildiyini bildirir.

Təlimlərdə 38 min hərbçi, 3360 ədəd hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və helikopter iştirak edir. Avropa İttifaqı hərbi təlimləri güc nümayişi cəhdi kimi dəyərləndirib.

Polşanın baş naziri Eva Kopacz hesab edir ki, manevrlər Rusiyaya qarşı yeni sanksiyaların uzadılması və ya sərtləşdirilməsi ilə bağlı qərara təsir etmək cəhdidir.

Martın 10-da Qara dənizdə NATO-nun hərbi təlimləri başlayıb. Eyni zamanda Latviyada Atlantic Resolve NATO təlimləri üçün bu ölkəyə çox sayda hərbi texnikanın gətirildiyi xəbər verilir.

Moskva sərhədləri yaxınlığında keçirilən hərbi təlimlərə etiraz edib, onları bölgə sabitliyinin pozulmasına doğru atılan addım kimi dəyərləndirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR