“Pul yoxdursa, məzar da yoxdur”
Bizi izləyin

Dünya

“Pul yoxdursa, məzar da yoxdur”

Vətəndaş müharibəsindən qaçaraq Livana sığınan suriyalılar vəfat edən yaxınlarını dəfn etmək üçün qəbiristanlıq tapmaqda çətinlik çəkirlər.

Publika.az Türkyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin ən böyük şəhərlərindən olan Saydadakı qəbiristanlıqda yer problemi var.

Bundan isə ən çox suriyalı qaçqınlar əziyyət çəkir. Şəhərin yeganə qəbiristanlığı olan Siyrop qəbiristanlığında suriyalılar üçün 120 kvadrat metrlik “K21” adlı ərazi ayrılıb. Lakin onlar dəfn yeri almaq üçün şəhər müftiliyindən xüsusi icazə almalıdır. Suriyalılar bürokratik əməliyyatların çətin və bahalı olduğunu bildirir.

Məlumata görə, ölüm sənədi 700, məzar yeri üçün isə 500 dollar lazımdır. “Anadolu” agentliyinə danışan suriyalı qaçqınlardan biri “pul yoxdursa, məzar yeri də yoxdur” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm