Avropalıların İŞİD-ə qoşulmaq üçün istifadə etdiyi marşrut ifşa olundu - XƏRİTƏ
Bizi izləyin

Dünya

Avropalıların İŞİD-ə qoşulmaq üçün istifadə etdiyi marşrut ifşa olundu - XƏRİTƏ

İŞİD terror təşkilatına qoşulmaq üçün İraq və Suriyaya gedən avropalıların bu vaxta kimi istifadə etdiyi Türkiyə marşrutunda problemlərlə qarşılaşması onları yeni marşrutlar axtarmağa məcbur edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD rəhbərliyi təşkilata qoşulmaq istəyənlər üçün təklif etdiyi yeni marşrut da ifşa olunub.

Qeyd olunur ki, marşrutun dəyişdirilməsində Türkiyənin hava limanları və avtobus dayanacaqlarında Risk Analiz Mərkəzlərinin qurulması, həmçinin Parisdəki son terror aktlarından sonra Türkiyə ilə Avropa ölkələri arasında məlumat mübadiləsinin artması əhəmiyyətli rol oynayıb. Türkiyə təhlükəsizlik orqanlarının hava limanları və avtobus dayanacaqlarında nəzarət sistemini gücləndirməsindən sonra 1100 nəfər ölkədən çıxarılıb, 12500 nəfərə isə ölkəyə giriş qadağası qoyulub. Risk Analiz Mərkəzlərində bu günə qədər 1500 nəfər saxlanılıb.

İŞİD-ə qoşulmaq istəyənlərin hazırda istifadə edə biləcəyi əsas marşrutlardan biri hava yoludur. Avropadan təyyarə ilə İraqın Bağdad və Ərbil şəhərlərinə gedənlər buradan İŞİD-in nəzarətindəki bölgələrə gedə bilərlər. Digər hava yolu isə Avropa-Livan-Suriyadır.

Dəniz yolu isə Yunanıstan-Kipr-Suriya marşrutundan ibarətdir.

Sonuncu marşrut isə Şimali Afrika xəttidir: Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, İordaniya və Suriya. Bu marşrut digərləri ilə müqayisədə uzun olsa da, adı çəkilən ölkələri daha maneəsiz keçmək mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm