• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kiyevi “Berkut” yandırıb?

  • Dünya
  • 19 Fevral 2014 12:43
  • 299 Baxış
Kiyevi “Berkut” yandırıb?

Ukrayna Həmkarlar İttifaqları Evində baş verən yanğını milliyyətçi “Sağ sektor” törədib. Publika.Az –ın “unian.net”ə istinadən verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyin yaydığı açıqlamada deyilir.

“Yanğın özlərinin qeyri-qanuni fəaliyyətlərinin izini itirmək, o cümlədən binada silah və partlayıcı maddələrin mövcudluğunu gizlətmək məqsədilə törədilə bilər. Buna görə də məsuliyyət “Sağ sektor” fəallarının üzərinə düşür”, - açıqlamada bildirilir.

Müxalifət isə əksini iddia edir. Ukrayna parlamentinin “Azadlıq” fraksiyasının sözçüsü Aleksandr Arones “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində Həmkarlar İttifaqları Evinin “Berkut” xüsusi təyinatlıları tərəfindən yandırıldığını qeyd edib. “Həmkarlar İttifaqları Evi yanır. Yanğını söndürməyə çalışırıq. “Berkut” ikinci mərtəbə vasitəsilə içəri daxil olmağa çalışır", - o, yazmışdı. Parlament fraksiyasının sözçüsü daha sonra isə “Berkut”un binanı ələ keçirdiyini yazıb.

Şahidlər isə bildirirlər ki, “Berkut” binanın içərisinə “Molotov” kokteylləri atıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR