Amerika nəşri: “Bura gələcəkdə müharibə meydanı olacaq”
Bizi izləyin

Dünya

Amerika nəşri: “Bura gələcəkdə müharibə meydanı olacaq”

“Vaşinqtonda heç kəs beynəlxalq səhnədə Amerikanın dominantlığının itirilməsi ilə barışmağa hazır deyil. Avropa Birliyi və Rusiyanın birləşməsinə imkan vermək ABŞ-ın beynəlxalq proseslərdə bölünməz hökmranlığının tədricən zəifləməsi ilə razılaşması anlamına gəlir”.

Publika.az xəbər verir ki, bu sözləri Qərb və Rusiya arasındakı hazırkı münasibətlərini şərh edən ABŞ-ın “CounterPunch” nəşri yazıb.

Nəşr hesab edir ki, Amerikanın demokratiya və müstəqillik prinsiplərinin müdafiə edilməsi siyasətinin arxasında yalnız dünyada öz qüdrətini saxlamaq istəyi dayanır.

“Çindən Avropaya yüksək sürətli dəmir yollarının tikintisi ilə bağlı planlar ABŞ üçün açıq və bilavasitə təhlükə təşkil edir. Sözügedən planların həyata keçirilməsi dünya iqtisadiyyatında ABŞ-ın yerinin zəifləməsinə gətirib çıxaracaq. Avropa və Asiyanı bölmək ABŞ üçün həyati dərəcədə əhəmiyyətlidir. ABŞ məhz bunun üçün Baltik dənizindən Qara dənizə qədər bufer zonası yaradır. Bu zona həmçinin ABŞ üçün gələcəkdə müharibə meydanı olacaq. Rusiya və Almaniya arasında əməkdaşlığın möhkəmləndirilməsi heç bir halda Birləşmiş Ştatların maraqlarına uyğun gəlmir. Axı onların birləşməsi nəticəsində real güc ortaya çıxacaq və ABŞ bu gücə qarşı dura bilməyəcək. Əgər Dövlət Departamenti qanuni seçilmiş prezident Viktor Yanukoviçin devirilməsi məqsədi ilə Ukraynada dövlət çevrilişi həyata keçirməsəydi, o halda Birləşmiş Ştatlar Avropa Birliyi və Rusiyanın arasına girə, Avropa və Asiya arasında möhkəmlənən əlaqələri dağıda bilməzdi”, - “CounterPunch” nəşri yazır.

Amerika nəşri hesab edir ki, Vaşinqtonda dünyanı idarə etmək hüququna malik olduğuna dair əminlik var: “Ukraynadakı vəziyyətin demokratiya, Ukraynanın müstəqilliyi və Rusiya təcavüzü ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, ABŞ iqtisadiyyatını tənəzzüldən xilas etməyə çalışır. Bunun üçün Vaşinqton hər şeyə gedəcək və Brüsseli Moskvaya qarşı birləşdirməyə çalışacaq. “Parçala və hökmranlıq et” ABŞ-ı müvəffəqiyyətə aparacaq. Şiələrə qarşı sünnilər, avropalılara qarşı rusiyalılar. Budur, Vaşinqtonun planı”.

“CounterPunch” qeyd edir ki, Vaşinqton hazırkı geosiyasi proseslərdən qalib olaraq çıxmaq və tək superdövlət statusunu saxlamaq niyyətindədir: “ABŞ-ı yalnız Rusiya dayandıra bilər və biz buna ümid edirik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm