Rəsmilər polisə haqq qazandırır – Almaniyada nümayişçilərə divan tutuldu
Bizi izləyin

Dünya

Rəsmilər polisə haqq qazandırır – Almaniyada nümayişçilərə divan tutuldu

Almaniyanın Frankfurt şəhərində kütləvi nümayişlər davam edir.

Publika.az xəbər verir ki, Almaniya polisi Frankfurt şəhərində Avropa Mərkəzi Bankının yeni qərargahı qarşısında etiraz nümayişində iştirak edən vətəndaşlara qarşı şiddət nümayiş etdirir.

Ən maraqlısı isə Almaniya rəsmilərinin insanlara divan tutan polisə haqq qazandırmasıdır. Ədliyyə naziri Heiko Maas “Twitter” üzərindən yaydığı açıqlamada bildirir ki, polisə qarşı şiddətə heç bir halda haqq qazandırılmayacaq: “Nümayiş etmək istəyənlər sərt qanunlarla qarşılanacaq”.

Almaniya Baş nazirinin köməkçisi və iqtisadiyyat naziri Sigmar Gabriel maliyyə naziri Volfgang Schaeuble ilə Berlində keçirdiyi mətbuat konfransında nümayişçilərin polisə qarşı hücumlar etdiyini iddia edib və buna qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Maliyyə naziri də nümayişçilərə qarşı qeyri-insani rəftar edən polisin müdafiəsinə qalxıb.

“Kimsənin polisin həyatına təhlükə yaratmaq ixtiyarı yoxdur”, - deyə o bildirib.

Almaniya Polis Akademiyasının rəhbəri Rainer Vendt etirazçıları quldur dəstəsi adlandırıb.

“Blockupy” hərəkatının sözçüsü Hendrik Vester isə polisin nümayişçilərə divan tutduğunu deyib. Onun sözlərinə görə, nümayişlərdə çoxlu etirazçı həbs olunub, bir çoxu isə bibər qazı, təzyiqli su və dəyənək zərbələri ilə yaralanıb.

Qeyd edək ki, Almaniyada dünən başlayan etirazlarda ciddi qarşıdurma yaşanıb. Polisin nümayişçilərə qarşı divan tutduğu foto və videogörüntülərdən açıq şəkildə görünür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm