Poroşenko Qara dənizdə nüvə müharibəsindən danışdı
Bizi izləyin

Dünya

Poroşenko Qara dənizdə nüvə müharibəsindən danışdı

“Krımda Rusiya raketlərinin yerləşdirilməsi Qara dəniz regionunda genişmiqyaslı münaqişənin başlanması təhlükəsini artırır”.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Euronews” telekanalına müsahibəsində bildirib.

“Krım artıq hərbi müharibə meydanı olub. Rusiya prezidentinin özü bildirib ki, Krımda nüvə silahını daşıya biləcək raketlər yerləşdirilib. Düşünürəm ki, burada artıq Ukraynanın müstəqilliyi, yaxud da Ukraynanın Krım üzərindəki nəzarətindən söhbət getmir, söhbət Qara dəniz regionunda genişmiqyaslı münaqişə təhlükəsinin hiss olunacaq dərəcədə artmasından gedir. Çünki bu raketlər malik olduğu 500 kilometrlik uçuş məsafəsi ilə NATO-nun üzvü olan bir neçə ölkənin ərazisinə çatmağa qadirdir. Təbii ki, buna müəyyən reaksiya olmalıdır”, - Poroşenko vurğulayıb.

Onun sözlərinə görə, Krımın daha bir problemi humanitar vəziyyətlə bağlıdır: “Bu, insan hüquqlarının kobud pozuntusudur. Krımın yerli xalqı olan Krım tatarları sərt təzyiq altındadır. Sayı 300 mindən çox olan xalqın bəzi liderləri Rusiya həbsxanalarında həbs altındadır, bəzilərinin isə Krıma girişi qadağan edilib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm