• USD 1,8311 0,00% EUR 1,9659 +0,90%
    • GBP 2,2728 +1,08% RUB 0,0307 -0,33%

ABŞ-İran danışıqlarında irəliləyiş var

  • Dünya
  • 20 Mart 2015 04:04
  • 313 Baxış
ABŞ-İran danışıqlarında irəliləyiş var

Nüvə proqramı ilə bağlı ABŞ və İran arasında aparılan danışıqlarda xeyli irəliləyiş var.

Publika.az xəbər verir ki, Birləşmiş Ştatların Dövlət katibi Con Kerri danışıqlarda kəskin problemlər çıxdığını, amma eyni zamanda uğurlar eldə edildiyini deyib. İranın xarici işlər naziri Məhamməd Cavad Zərif isə İRNA agentliyinə danışıqlarda irəliləyiş olduğunu bildirib. Bununla belə o, qarşıda görülməli olan hələ çox işlər vqaldığını əlavə edib.

İranla danışıqlarda ABŞ,Rusiya, Çin,Böyük Britaniya,Fransa və Almaniya iştirak edir. Tərəflər iyunun sonunadək yekun razılaşma əldə etmək qərarına gəliblər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi və ləğvindən gedir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR