Prezident sarayına havadan hücum edildi
Bizi izləyin

Dünya

Prezident sarayına havadan hücum edildi

Hərbi təyyarə martın 19-da Yəmən prezidentinin Adendəki iqamətgahına hücum edib.

Publika.az xəbər verir ki, hücum zamanı Prezident Abdurabbu Mansur Hadi binada olsa da, dərhal təhlükəsizliyi təmin edilib. Prezidentin köməkçisi əlavə məlumat verməsə də, dövlət başçısının ölkəni tərk etmədiyini bildirib.

Təhlükəsialik qüvvələri təyyarəni atəşə tutub, amma onların hədəfə dəyib-dəyməməsi barədə məlumat verilmir.

Prezident sarayının yerləşdiyi ərazidə tüştü qalxsa da rəsmilər saraya elə bir ziyan dəymədiyini deyirlər.

Bundan əvvəl Aden hava limanında Hadinin tərəfdarları ilə əlehdarları arasında atışma olub.

Nəticədə 6 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm