Netanyahu İsrailin ən böyük dostunu açıqladı
Bizi izləyin

Dünya

Netanyahu İsrailin ən böyük dostunu açıqladı

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-ın ən böyük dostu olduğunu söyləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsraildə keçirilən parlament seçkilərində qələbə qazanan Likud Partiyasının lideri Netanyahu ABŞ-ın NBC News kanalına verdiyi müsahibəsində ABŞ-ın İsraildən böyük, İsrailin də ABŞ-dan böyük dostunun olmadığını deyib.

Netanyahu ABŞ prezidenti Barak Obamanın onu qələbə münasibətilə təbrik etmək üçün zəng etməməsinə baxmayaraq, iki ölkə arasındakı əlaqələrin güclü olduğunu bildirib. İsrailin baş naziri Obama ilə yaxın günlərdə danışa biləcəyinə əmin olduğunu vurğulayıb.

“Birlikdə işləyəcəyimiz bir çox sahə var. ABŞ və cənab prezidentlə işləyəcəyik. Çünki bundan başqa bir alternativimiz yoxdur”, - Netanyahu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm