İranda terror: 3 polis öldürüldü
Bizi izləyin

Dünya

İranda terror: 3 polis öldürüldü

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Serbaz şəhərində yola qoyulmuş minanın partlaması nəticəsində 3 polis əməkdaşı həlak olub.

Publika.az xəbər verir ki, Sistan-Bəlucistan əyalətinin təhlükəsizlik rəsinin müavini Əli Əsgər Mir Şikari məlumatı təsdiq edib. Onun sözlərinə görə, Pakistanla sərhəddəki Serbaz mahalında səhər saatlarında ərzini gəzən patrullar minaya düşüb. Nəticədə 3 polis həlak olub, 1 nəfər yaralanıb.

Onun sözlərinə görə, bölgədə həyata keçirilən əməliyyat zamanı terrorçulardan biri öldürülüb, 4 nəfəri isə həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm