"Tunisdə baş verən terror aktı demokratiyaya qarşı hücumdur"
Bizi izləyin

Dünya

"Tunisdə baş verən terror aktı demokratiyaya qarşı hücumdur"

İtaliya Prezidenti Sergio Mattarella “CNN” kanalına müsahibəsində Tunisin paytaxtında yaraqlıların parlament binasına və “Bardo” muzeyinə hücumu haqqında fikirlərini bildirib.

O, Tunisdə baş verən bu acı hadisənin ciddi həyəcan siqnalı olduğunu deyib: “Bu terror aktı bir daha göstərdi ki, İŞİD çox ciddi bir təhlükədir və təcili olaraq ona qarşı tədbirlər görülməlidir”.


İtaliya Prezidenti bu hadisəni demokratiyaya və mədəniyyətə qarşı hücum kimi dəyərləndirib.


Roma Papası Fransisk də Tunisdə baş verənlərə münasibət bildirərək, sülhə və insan həyatının toxunulmazlığına qarşı yönəlmiş bütün aktları qınadığını bəyan edib.


Qeyd edək ki, Tunisin paytaxtında baş verən terror aktı nəticəsində həlak olanlar arasında dörd italyanlı da olub. On bir italyanlı isə yaralanıb.



AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm