Akrobatın havada ölüm rəqsi - VİDEO
Bizi izləyin

Dünya

Akrobatın havada ölüm rəqsi - VİDEO

İsveçrəli akrobat Freddi Nok iki dağın arasındakı məsafəni dağlara bərkidilmiş trosun üstündən keçərək qət edib.

ANS PRESS-in məlumatına görə, uzunluğu 347, hündürlüyü 3 582 metr olan məsafəni qət etmək üçün 50 yaşlı akrobata sadəcə 25 dəqiqə lazım olub.

Freddi Nok Qrisons kantonu ərazisindəki Biankoqrat dağından Piz Prievlus dağına keçərkən təhlükəsizlik kəmərindən istifadə etməyib.

Akrobat Nok jurnalistlərə açıqlama verərkən bu işi hobbi kimi gördüyünü deyib.

“Bu istiqamətdə bir çox uğura imza atmışam. Bu işi bir az hobbi, bir az da həyəcan üçün görürəm. Bundan böyük zövq alıram və daha böyük həyəcanlara hazırlaşıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm