Yəməndə yüzlərlə ölü: İŞİD Sananı qan gölünə çevirdi
Bizi izləyin

Dünya

Yəməndə yüzlərlə ölü: İŞİD Sananı qan gölünə çevirdi

Yəmənin paytaxtı Sanada iki məscidin yaxınlığında həyata keçirilən partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfərə yaxınlaşır.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri bildirib. Onun sözlərinə görə, terror hücumu nəticəsində daha 350 nəfər yaralanıb. Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, partlayışlar martın 20-də cümə namazı zamanı həyata keçirilib. Aksiyaların məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm