Ərdoğan Krım tatarları ilə görüşdü
Bizi izləyin

Dünya

Ərdoğan Krım tatarları ilə görüşdü

Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım tatarları Milli Məclisinin sədri Rıfat Çubarov ilə görüşüb. Ərdoğan, eyni zamanda, axıska türklərini də qəbul edib. Hər iki görüş mediaya qapalı şəkildə baş tutub. Ərdoğan Türkiyə hökuməti olaraq Ukraynada Krım tatarlarının vəziyyətlərini yaxından təqib etdiklərini bildirib.

“Krım tatarlarının problemlərini həm beynəlxalq platformada, həm də qarşılıqlı görüşlər zaman gündəmə gətirəcəyik”.

Ərdoğan, həmçinin, Rusiyanın “Türk akımı” enerji layihəsi məsələsinə də toxunub. Ərdoğan qeyd edib ki, Rusiya layihəni əvvəlcə Bolqarıstan üzərindən həyata keçirməyə çalışsa da, rəsmi Sofiya buna razılıq vermədiyi üçün Rusiyanın alternativ seçimi Türkiyə olub.

“Bizə belə bir təklif etdilər və biz də təklifi qəbul edik. Rusiyanın bu addımına qarşı Avropanın hansı tələblər irəli sürəcəyini demək hələlik mümkün deyil. Türkiyənin əsas təbii qaz təminatçısı Rusiyadır. İkinci yerdə İran, 3-cü yerdə isə Azərbaycan gəlir”.

Ərdoğan Kiyevdəki naməlum əsgər məzarlığını da ziyarət edib (IHA).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm