Vaşinqton Almaniyanı təhdid edib
Bizi izləyin

Dünya

Vaşinqton Almaniyanı təhdid edib

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenin Almaniyaya buraxılmamasının səbəbi məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Edvard Snoudenin Almaniyaya buraxılmaması üçün rəsmi Berlini təhdid edib.

İddiaya görə, ABŞ Almaniyaya “kəşfiyyat paylaşmasını dayandırarıq” deyərək mümkün bir terror hücumu olacağı halda lazımı məlumatları verməyəcəyini bildirib. Bildirilib ki, Snouden Almaniyada qısa bir müddətdə qalsa da, kəşfiyyat sahəsində əməkdaşlıq dayandırılacaq.

Bundan sonra isə Snoudenə bildirilib ki, Almaniyaya gələcəyi halda ABŞ-a ekstradisiya ediləcək.

Qeyd edək ki, Amerika kəşfiyyatının gizli sirlərini mətbuata sızdıran Snouden Rusiyadan sığınacaq alıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm