"Nüvə danışıqlarında razılaşma mümkündür" – İran prezidenti
Bizi izləyin

Dünya

"Nüvə danışıqlarında razılaşma mümkündür" – İran prezidenti

İran prezidenti Həsən Ruhani Tehranla dünya dövlətləri arasında aparılan nüvə danışıqlarının yekun razılaşma ilə bitəcəyinə inandığını bildirib.

Publika.az xəbər verir ki, IRNA dövlət agentliyi Prezidentə istinad edərək razılığın mümkün olacağını yazıb.

«Danışıqların bu raundunda əvvəllər fikir ayrılıqları olmuş bir çox sahələr üzrə ümumi razılıq əldə edildi. Bu isə yekun razılaşma üçün zəmin yaradır. Orda həlli olmayan heç nə yoxdur», - Ruhani əlavə edib.

İranın rəsmi heyəti Lozannada ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya rəsmiləri ilə danışıqlar aparıb. Danışıqlarda bildirilib ki, Tehran nüvə proqramını məhdudlaşdırarsa, iqtisadi sanksiyalar götürüləcək. ​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm