100 nəfərlik kütləvi məzarlıq tapıldı
Bizi izləyin

Dünya

100 nəfərlik kütləvi məzarlıq tapıldı

Nigeriyanın şimal-şərqindəki Damasak vilayətində ən az 100 cəsədin olduğu bir kütləvi məzarlıq tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çad ordusunun səalhiyyətlisi Abdurrahman Duceymi cəsədlərdə güllə və bıçaq izləri olduğunu bildirib.

Onun sözlərinə görə, kütləvi məzarlıqda tapılanlar bir neçə həftə əvvəl öldürülüb. Ordu səlahiyyətlisi hadisənin arxasında “Boko Haram” terror qruplaşmasının ola biləcəyini deyib.

Nigeriya və Kamerunun şimal bölgələrində təsirli olan “Boko Haram” martın 7-də İŞİD terror təşkilatına biət etdiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm