Dondurucudan 5 körpə cəsədi çıxdı
Bizi izləyin

Dünya

Dondurucudan 5 körpə cəsədi çıxdı

Fransanın Bordo şəhərindən 50 kilometr cənubda yerləşən Louçats kəndində yaşayan ailənin evində soyuducuda 5 körpə cəsədi tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 13 ilə 15 yaşlarında iki qız uşağı olan ana beş körpəni öldürməkdə ittiham olunur.

40 yaşındakı ata həyat yoldaşı ilə birlikdə yaşadığı evdə soyuducu içində torbanın içinə qoyulan körpə cəsədi barədə polisə xəbər verib. Polisin evdə apardığı axtarışlardam sonra dondurucuda daha 4 körpənin cəsədi tapılıb. Polisə ifadə verən ata körpələrin cəsədləri barədə məlumatının olmadığını söyləyib.

Xəstəxanaya aparılan ana ilə bağlı istintaqı hələ də davam edir. Kənd sakinləri ananı heç hamilə olaraq görmədiklərini bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm