Banka hücum: 30 ölü
Bizi izləyin

Dünya

Banka hücum: 30 ölü

Yəmənin cənubundakı Laxc əyalətində hökumət qüvvələri ilə yaraqlılar arasında baş vermiş toqquşma nəticəsində azı 30 nəfər həlak olub, onlarla insan yaralanıb.

Naməlum silahlı şəxslər ölkənin mərkəzi bankının əyalətdəki filialını və yerli təhlükəsizlik idarəsini hücumla ələ keçirməyə cəhd göstəriblər.

2014-cü ilin avqustundan Yəməndə siyasi və təhlükəsizlik sahələrində dərin böhran hökm sürür. Bu ilin yanvarında şiə üsyançılar ölkə prezidentini və hökuməti istefa verməyə məcbur etmiş, bir qədər sonra isə paytaxtda və bir sıra şimal əyalətlərində nəzarəti ələ keçirmişdilər.

Ötən cümə günü Yəmən paytaxtında iki məsciddə törədilən partlayışlar nəticəsində 126 nəfərin öldüyü, 280 nəfərin yaralandığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm