Müdafiə naziri: “Desantların paytaxta gətirilməsini mən əmr etmişəm“
Bizi izləyin

Dünya

Müdafiə naziri: “Desantların paytaxta gətirilməsini mən əmr etmişəm“

Ukraynanın müdafiə naziri Pavel Lebedev Dnepropetrovskdan Kiyevə desant briqadasının göndərildiyini təsdiqləyib.Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, nazir "bəli, mən belə bir əmr vermişəm", _ deyib.

Onun sözlərinə görə, desant briqadası paytaxta "döyüş silah-sursatının yerləşdiyi bazanın mühafizəsinin gücləndirilməsi məqsədi ilə gətirilib"

"Bu silahların dinc əhaliyə qarşı yönəlməyəcəyinə qarantiya verirsinizmi" sualına cavabında nazir qısaca olaraq bunu deyib: "Ukrayna qanunlarını və Konstitusiyanı oxuyun".

Ukrayna Daxili İşlər Nazirliyi (DİN) isə son sutkalar ərzində Kiyevdə baş vermiş qarşıdurmalarla əlaqədar 50 nəfərin saxlandığını bəyan edib.

Trend-in çərşənbə axşamı "İnterfaks-Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, bu, yerli vaxtla saat 10:00-a olan məlumatdır.

Qeyd edək ki, Kiyevdə iğtişaşlar fevralın 18-də yenidən başlayıb.Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm