Tunis: terror aktında şübhəli bilinən 20 nəfər həbs olunub
Bizi izləyin

Dünya

Tunis: terror aktında şübhəli bilinən 20 nəfər həbs olunub

Tunisin hakimiyyət orqanları “Bardo” muzeyində törədilmiş terror aktı ilə əlaqədə şübhəli bilinən 20-dən çox insanı həbs edib.


Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs olunanların 10 nəfəri terror aktında bilavasitə iştirak edən şəxslərdir.


Son məlumatlara əsasən, terrorçuların “Bardo” muzey kompleksinə hücumu nəticəsində 24 nəfər ölüb, 40-dan çox turist yaralanıb.


Ötən şənbə günü Tunisdə həlak olan 4 İtaliya vətəndaşının cəsədi Romaya gətirilib. Aeroportda keçirilən matəm mərasimində İtaliyanın Baş naziri Matteo Rentsi iştirak edib.

AZERTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm