Dünya
Putin Ukraynaya görə...
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Con Brennan hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı konfliktə görə iqtisadi sanksiyalar və digər məsrəflərdən dolayı getdikcə daha böyük diskomfort hiss etməkdədir.
Musavat.com-un məlumatına görə, bu barədə o, “Fox Nes”a müsahibəsində bildirib.
“Mən inanmıram ki, o, bu vəziyyətə görə xoşbəxtdir. Mənim fikrimcə, situasiya ilə bağlı onun narahatlığının gücləndiyini göstərən təzahürlər var” – deyib MKİ rəhbəri. Onun sözlərinə görə, Putin öz maraqlarını rusiyalıların maraqlarından yuxarıda tutur. O, Rusiya prezidentinə böhrandan çıxmaq üçün yollar axtarmağı tövsiyə edib. Bu zaman onu da qeyd edib ki, Moskva başqa dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət eləməlidir.
MKİ başçısı həmçinin, Birləşmiş Ştatlara Ukraynadakı durumla bağlı Rusiyaya təzyiqləri gücləndirməyi məsləhət görüb.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye