• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı Bakıda

  • Dünya
  • 23 Mart 2015 02:42
  • 572 Baxış
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı Bakıda

Türkiyə ərazisindən keçərək İŞİD-ə qoşulmaq istəyən şəxslər gəldikləri ölkələrə geri qaytarılıb. Geri qaytarılanlar arasında bir azərbaycanlı da var.

Virtualaz.org-un məlumataına görə, son 15 gün ərzində Türkiyənin İstanbul Atatürk və Sabiha Gökçen hava limanlarında 34 nəfər saxlanılıb. Onlar 17 müxtəlif ölkənin vətəndaşları olublar. Saxlanılanlardan biri də Azərbaycan vətəndaşı olan Rövşən Oruczadədir.

Həmin şəxslər Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyatlar zamanı saxlanılıblar. Bu şəxslərlə aparılan söhbət zamanı onlar Türkiyəyə “turist”, “qonaq”, “tibbi müayinə”, “ticarət” məqsədi ilə gəldiklərini deyiblər.

Lakin MİT-in araşdırmaları zamanı məlum olub ki, həmin şəxslər Türkiyəyə İŞİD-ə qoşulmaq məqsədilə gəlib, buradan da Suriyaya getmək istəyiblər.

Saxlanılanlar arasında Rusiya, Türkmənistan, Əfqanıstan, İngiltərə, Somali, Çeçenistan, ABŞ və Fransa vətəndaşları da olub.

Qeyd edək ki, saxlanılanlar öz ölkələrinə geri qaytarılıblar. Rövşən Oruczadənin Azərbaycana geri qaytarılandan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb-saxlanılmadığı haqda heç bir məlumat verilmir.

Xatırladaq ki, bu günədək Suriya və İraqda döyüşlərdə iştirak etmiş bir neçə azərbaycanlı ölkəyə geri qayıdarkən hava limanında saxlanılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR