İŞİD ABŞ əsgərlərinin məlumatlarını yaydı
Bizi izləyin

Dünya

İŞİD ABŞ əsgərlərinin məlumatlarını yaydı

İslam Dövləti yaraqlıları ilə əlaqəli olduğu ehtimal edilən bir qrup internetdə ABŞ-ın 100 hərbi personalının fotolarını, adlarını və ünvanlarını yerləşdirərək Birləşmiş Ştatdakı tərəfdarlarını onları öldürməyə çağırıb.

Publika.az xəbər verir ki, özünü İslam Dövlətinin Hakinq Diviziyası adlandıran qrup öz veb səhifəsində belə yazıb: "Ünvanları verməklə işinizi asanlaşdırdıq. İndi yalnız sizin üçün son addımı atmaq qalıb. Nəyi gözləyirsiniz?".

Məsələni araşdırdığını bildirən Pentaqon silahlı qüvvələrdəki kişi və qadınlara müvafiq önləyici qorunma addımları atmaları üçün xəbərdarlıq edildiyini də deyib.

Rəsmilərdən biri The New York Times qəzetinə bildirib ki, yaraqlılar ABŞ hökumətinin heç bir veb səhifəsini hak etməyiblər və oradakı ünvanların böyük əksəriyyəti ictimaiyyətə açıq ünvanlar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm