Üçüncü hücumçu axtarılır
Bizi izləyin

Dünya

Üçüncü hücumçu axtarılır

"Tunisdəki Bardo muzeyinə edilən hücumu həyata keçirən üçüncü kişi hələ də qaçaqdır".

Publika.az xəbər verir ki,bu barədə Tunis prezidenti televiziyada canlı yayımlanan müsahibəsində deyib.

"Şübhəsiz ki, üç hücumçu vardı... biri hələ də qaçaqdır, uzağa getməyəcək", - Prezident Beji Caid Essebsi bazar günü deyib.

25 nəfərin ölümünə səbəb olan hücumla bağlı şübhəlilər həbs edilib, amma cəmi iki silahlının muzeyə basqın etməsi düşünülürdü.

Deyilənə görə, silahlılar Liviyada, İslam Dövləti (İD) döyüşçülərinin idarə etdiyi ərazilərdə təlim alıb.

İD muzeyə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Muzey parlamentin yanında yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm