Britaniyanın Rusiyadan tələbi
Bizi izləyin

Dünya

Britaniyanın Rusiyadan tələbi

Rusiya Krımı Ukraynaya qaytarmalıdı.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər nazirliyinin yaydığı bəyanatda tələb edilir.

"Bir il öncə Krımın Rusiya tərəfindən qanunsuz ilhaq olunması beynəlxalq qanunvericiliyin açıq-aşkar pozuntusu idi. Bu, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam saymazlıq göstərdi və mən bunu qınayıram", - Britaniyanın XİN başçısı Filip Hammond deyib.

XİN başçısının sözlərinə görə, Birləşmiş Krallıq ötən il Krımda keçirilən "referendumu" tanımır, səsvermə isə "ayıbörtən" əməliyyat olaraq həyata keçirilib.

Filip Hammond qeyd edib ki, sərhədləri dəyişmək üçün gücün tətbiq olunması "tamamilə qəbuledilməzdir" və beynəlxalq təhlükəsizliyi təhlükə altına qoyur.

Krım ötən il martın 18-də formal olaraq Rusiyaya birləşdirilib, lakin bu addım beynəlxalq icma tərəfindən tanınmayıb.

Bundan əvvəlsə, kimliyi bilinməyən silahlılar yarımadanı ələ keçirib və cənab Putin də bildirib ki, o "Krımın özünümüdafiə qüvvələrinə" yardım üçün qoşun göndərib.

Baş verənlər ABŞ və Avropa İttifaqının Rusiyanın iqtisadi sektorlarına və müxtəlif şəxslərinə qarşı sanksiyalar tətbiq etməsilə bitib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm