"İspaniya baharı" kütləvi etirazlarla başladı - FOTOLAR
Bizi izləyin

Dünya

"İspaniya baharı" kütləvi etirazlarla başladı - FOTOLAR

İspaniyanın paytaxtı Madrid şəhərində 300-ə qədər ictimai təşkilat və peşə işçilərinin iştirakı ilə "Çörək, iş və şərəf" şüarı altında aksiya keçirilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, aksiya 2014-cü ilin martın 22-də ölkədəki iqtisadi böhrana etiraz edən, 101 adamın yaralanması və 29 adamın həbs edilməsi ilə nəticələnən nümayişin ildönümünə həsr edilib. Builki aksiyaya 15 min adam qatılıb.

Etirazçılar bildirib ki, ötən il İspaniya hökuməti iqtisadi böhranın səbəblərini aradan qaldıracağını söz versə də, buna nail olunmayıb. Etiraz aksiyasında "Həll parlament deyil, inqilabdır", "İşdən çıxarmalara imkan verməyəcəyik", "Yaşasın işçi sinifinin mübarizəsi", "Ümumi tətil" və sairə plakatlar da nümayiş etdirilib.

Nümayişdə kommunist fikirli Birləşmiş Sol, Yaşıllar və Podemos partiyalarının da funksionerləri iştirak edib.

Nümayiş zamanı bir sıra insident də yaşanıb. Belə ki, iqtidarda olan Xalq Partiyasının mərkəz binasının yerləşdiyi ərazidə 200 nəfərlik qrupla polis arasında toqquşma yaşanıb. Aksiya iştirakçıları arasında ağır yaralananlar və xəsarət alanlar var. İspaniya polisi 17 nəfər nümayişçini saxlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm