Əfqanıstanda sünni-şiə görüşü: İŞİD-ə qarşı birlik - FOTOLAR
Bizi izləyin

Dünya

Əfqanıstanda sünni-şiə görüşü: İŞİD-ə qarşı birlik - FOTOLAR

Əfqanıstanda İŞİD təhlükəsinə qarşı mübarizə tədbirlərinə başlanılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Əfqanıstanın ən böyük tayfalarından olan Hazaralar ölkədə İŞİD təhlükəsi ilə bağlı ən qəddar düşmənləri olan Talibandan kömək istəməyə məcbur olublar.

Tayfanın ağsaqqalları Qazni şəhərində Taliban komandanlığı ilə də görüşüb. Ağsaqqallardan Abdul Halik Yaqubi Talibandan kömək istəyib.

Xatırladaq ki, 1990-cı illərdə Taliban hakimiyyəti illərində şiə məzhəbindən olan Hazara tayfası minlərlə itki verib. Ancaq bu dəfə İŞİD-i özlərinə daha böyük təhlükə gördükləri üçün tayfa rəhbərliyi Talibandan qorunmalarını tələb edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm