Respublikaçıların namizədi bəlli oldu
Bizi izləyin

Dünya

Respublikaçıların namizədi bəlli oldu

ABŞ senatoru Ted Kruz 2016-cı ildə prezident seçkiləri üçün namizədliyini Respublikaçı Partiyasından irəli sürüb.

Kruz namizədliyini təqdimat videosu vasitəsiylə Twitter hesabından açıqlayıb. O, namizədlik barədə rəsmi açıqlamasını Liberty Universitetində elan edəcək.

44 yaşlı senator prezident Barak Obamanın səhiyyə islahatlarına qarşı çıxdığı üçün mühafizəkar Çay Partiyası hərakatının ən sevimli namizədidir.

Anası amerikalı və atası Kuba əsilli olan Kruz seçildiyi təqdirdə ilk ispan mənşəli prezident olacaq.

Respublikaçı Partiyasından olan digər iddialıların namizədliklərini gələn həftə açıqlayacağı gözlənilir. Onlar arasında Florida qubernatoru Ceb Buş, Viskonsin qubernatoru Skot Valker, sabiq Texas qubernatoru Rik Perri, Kentaki senatoru Rend Pol və Florida senatoru Marko Rubi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm