Əfqanıstanda terror: 6 uşaq ölüb
Bizi izləyin

Dünya

Əfqanıstanda terror: 6 uşaq ölüb

Əfqanıstanın cənub-şərqində, Qazni əyalətində törədilən terror aktı nəticəsində 6 uşaq ölüb, azı 10-u yaralanıb.

İnsident uşaqlar arasında kriket oyunu keçirilən zaman baş verib.

İlkin məlumata əsasən, idman meydançasında velosipedə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, 2014-cü ilin noyabrında Əfqanıstanın Paktika əyalətində voleybol matçında törədilən terror aktı 45 nəfərin həyatına son qoymuş, 50 nəfərdən artıq insan xəsarət almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm