Sinqapurun təsisçisi həlak oldu
Bizi izləyin

Dünya

Sinqapurun təsisçisi həlak oldu

Sinqapuru kiçik liman şəhərindən qlobal mərkəzə çevirən dövlət xadimi Li Kuan Yu 91 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, Li 31 il şəhər-dövlətin baş naziri olub və çoxu ona Sinqapurun inkişafının yaradıcısı kimi baxıb. Amma o, hakimiyyət yanğısına görə tənqid olunub. O vəzifədə olarkən söz azadlığına böyük məhdudiyyətlər qoyulmuşdu və məhkəmələr siyasi rəqibləri hədəfə alırdı.

Bir həftəlik matəmdən sonra, martın 29-da dəfn mərasimi keçiriləcək. Sinqapurun Britaniyadan müstəqillik alması və Malayziyadan ayrılması Linin hakimiyyəti altında baş verib.

Onun ölümü barədə məlumat bazar ertəsi səhər saatlarında açıqlanıb. O, pnevmaniyadan əziyyət çəkirdi və bir neçə həftədir ki, xəstəxanada idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm