Baş nazir polis rəislərini işdən qovdu
Bizi izləyin

Dünya

Baş nazir polis rəislərini işdən qovdu

Tunis baş naziri beş polis komandirini vəzifədən azad edib. Qərar ötən həftə 21 adamın qətli ilə nəticələnən terror aktından sonraya təsadüf edir.

Həbib Essid turist təhlükəsizlik xidmətinin rəhbərini, kəşfiyyat briqadasının rəisini, Tunis polis şefi və başqa iki nəfəri işdən çıxarıb.

Rəsmilər deyirlər ki, muzeydə keşik çəkmək həvalə edilmiş əməkdaşlar hücum zamanı yaxılıqdakı parlament binasında qəhvə içirmişlər.

Tunis prezidenti Beji Kaid Essebsi deyib ki, ölkənin milli muzeyində turistlərə qarşı həyata keçirilən terror hücumunda şübhəli bilinən üçüncü silahlı hələ də axtarışdadır.

"İki nəfər öldürülsə də, bir nəfər hələ də axtarışdadır. Ancaq o, uzağa qaça bilməyəcək", deyə prezident Essebsi Fransa televiziyasıa müsahibəsində deyib.

Tunis prezidentinin bu bəyanatı 21 nəfərin həyatına son qoyan hücumdan sonra ilk rəsmi açıqlamadır. Ölənlərdən 20-si əcnəbi turist olub.

Tunis Daxili İşlər Nazirliyi iki silahlı şəxsin muzeydə gəzdiyini göstərən təhlükəsizlik kamerası görüntülərini açıqlayıb. Video göstərir ki, bir məqamda bel çantası ilə olan üçüncü şəxs ani olaraq digərləri qarşılaşır və onlar əks istiqamətlərə yönəlirlər.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölənlər arasında 4 italyan, 3 yapon, 3 fransız, 2 ispan və 1 kolumbiyalı olduğunu bildirib.

Qurbanlar arasında Britaniya, Polşa və Belçika vətəndaşları da var. Daha 3 adamın kimliyi müəyyən edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm