• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İranın İraqdakı hərbçilərinin sayı açıqlandı

  • Dünya
  • 24 Mart 2015 08:44
  • 616 Baxış
İranın İraqdakı hərbçilərinin sayı açıqlandı

İraqda 30 mindən çox İran hərbçisi var.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının katibi, Kürdüstan Demokrat Partiyasının (KDP) nümayəndəsi Şahevan Abdullah bildirib.

“İraqda 30 mindən çox İran hərbçisi var. Bunun üçün İraq parlamentinin razılığı alınmayıb. Bu, qanunsuzluqdur. Bağdad isə İranın İraqdakı hərbi varlığına göz yumur”, - Abdullah deyib.

O, qeyd edib ki, İranın İraqdakı hərbi varlığını rədd edən rəsmi Tehranın bəyanatları doğru deyil: “Əlimdə bu bəyanatların doğru olmadığına dair sənədlər var. İraq şiələrinin dini lideri Əli Sistaninin çağırışından sonra minlərlə iranlı döyüşmək üçün İraqa gəlib. İraq ordusuna hərbi ekspert kimi təlim keçən iranlı zabitlər də var”.

Abdullah Tikrit və Samara şəhərlərində olan İran hərbçiləri ilə bağlı mövzunu dəfələrlə parlamentin gündəminə gətirdiyini, ancaq bir nəticənin olmadığını vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR