Ankara bələdiyyə başçısından “erməni” iddiası
Bizi izləyin

Dünya

Ankara bələdiyyə başçısından “erməni” iddiası

Ankara Böyükşəhər Bələdiyyə başçısı Melih Gökçek jurnalist Hayko Bağdada qarşı 10 min lirəlik təzminat iddiası qaldırıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, AKP-li bələdiyyə başçısı jurnalistin onu “Twitter” vasitəsilə təhqir etdiyini, həmçinin xalqı kin və düşmənçiliyə təhrik etdiyini iddia edib.

Melih Gökçekin vəkilləri Fatih Atalay və Çağrı Alkan Ankara Respublika Baş prokurorluğuna verdiyi şikayət ərizəsində Bağdadın “Twitter” hesabında “melih gökçek ermeniymiş” yazdığını bildirib. Bildirilir ki, Bağdad yazar olduğu üçün onun yazdığı “Paytaxtı rəsmən erməniyə veriblər. Təəssüflər olsun” ifadəsini xeyli insan oxuyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm