Şap elə bilir şupdadır... - Cinayət işi açılacaqmı?
Bizi izləyin

Dünya

Şap elə bilir şupdadır... - Cinayət işi açılacaqmı?

Türkiyə hökuməti rəhbərinin müavini Bülənt Arınç və Ankara bələdiyyə başçısı Melih Gökçek haqqında cinayət işi açıla bilər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, tərəflərin bir-birini Fətullah Gülən hərəkatı ilə əlbir olaraq ölkə mənfəətinə zərbə vurması ilə ittiham etməsindən sonra, ölkənin müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Atilla Kart Ankara prokurorluğuna tərəflərin Gülən hərəkatı ilə işbirliyinin olmasının araşdırılması ilə bağlı müraciət edib.

Məlumat üçün qeyd edək ki, Arınçın bu günlərdə prezident Rəcəb Tayyib Ərdoğan ilə bağlı verdiyi açıqlama hakim partiya daxilində ciddi qalmaqala səbəb olub.

Arınç açıqlamasında qeyd edib ki, Ərdoğan kürd probleminin həlli məsələsinin detalları haqqında yetərincə məlumatlı deyil.

Məlumatda eyni zamanda, M.Gökçenin Arınçı hazırda ABŞ-da olan və Türkiyə əleyhinə casusluqda ittiham olunan Fətullah Gülənlə əlaqəli olmaqda ittiham etdiyi də bildirilir.

Xatırladaq ki, qarşılıqlı ittihamlarla Arınç da M.Gökçeni Gülən hərəkatı ilə əməkdaşlıqda günahlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm