Dünya
İsraildən tarixə keçəcək casusluq - Nüvə danışıqları sızdırıldı
İsrail İranın nüvə proqramının həlli ilə əlaqədar bağlı qapılar arxasında keçirilən nüvə müzakirələrində casusluq edib və gizli məlumatları amerikalı senatorlara ötürüb.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşrinə danışan və adını açıqlamayan səlahiyyətlilər bildirib.
Amerikalı səlahiyyətlilərin sözlərinə görə, İsrail Avropadakı mənbələrin köməyi ilə İranın nüvə proqramı barədə danışıqlarının detallarını əldə edib. Səlahiyyətlilər İsrailin əldə etdiyi xüsusi məlumatları amerikalı senatorlarla paylaşaraq prezident Barak Obama üzərində təzyiq yaratmağa çalışdığını bildiriblər.
İranın nüvə proqramı ilə əlaqədar razılaşmanın imzalanması üçün son tarix 31 martdır. İranın Yaxın Şərqdəki təsirindən narahat olan İsrail və Səudiyyə Ərəbistanı mümkün bir razılaşmanın Tehranın əlini daha da gücləndirəcəyini bildirir. Hər iki ölkə son razılaşmanın əldə olunmaması üçün ABŞ-a təzyiq göstərir.
Yekun razılaşmanın əldə olunması İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsini gündəmə gətirəcək.
Ömər Dağlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO