Kabulda "Fərxundə üçün ədalət" etirazları
Bizi izləyin

Dünya

Kabulda "Fərxundə üçün ədalət" etirazları

Əfqanıstan paytaxtı Kabulda səhvən Quranı yandırmaqda günahlandırılan qadının öldürülməsinə qarşı etirazlar başlayıb.

Publika.az-ın məlumatına görə, 2000-dən çox adam qaragüruh tərəfindən döyülərək öldürülən 28 yaşlı Fərxundə üçün ədalət tələbi ilə yürüş keçirib.

Polisin məlumatına görə, hadisə ilə bağlı azı 19 adam həbs edilib.

Bəzi etirazçılar Fərxundənin qanlı üzünü göstərən plakatlar daşıyıb, digərlərisə öz üzlərini qırmızı boya ilə rəngləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm